“Sabahın ulduzları”nı “Ulduz” qazandı
“Sabahın ulduzları” Bakı Kubokunda U-15 yaş kateqoriyası üzrə qalibin adına aydınlıq gəlib.
Sportify.az xəbər verir ki, finalda “Neftçi” və “Ulduz” komandaları qarşılaşıb.
Görüş “Ulduz”un qələbəsi ilə yekunlaşıb – 2:1.
U-14 yaş kateqoriyasında isə final oyunu “Qarabağ” və “Sabah” arasında keçirilib. Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gələrək, kuboka yiyələnib.
“Sabahın ulduları” Bakı Kuboku
Final
30 sentyabr
U-14
“Qarabağ” – “Sabah” – 2:0
Qollar: İbrahim Müzəffərli, 23 (pen.). Ceyms Eziyaşi, 60
Baş hakim: Gülnurə Əkbərzadə
Köməkçi hakimlər: Sadiq Əliyev, Toğrul İbadov
Dördüncü hakim: Ləman Əmirli
Hakim inspektor: Orxan Məmmədov
Oyun meneceri: Fərid Nağdaliyev.
U-15
“Ulduz” – “Neftçi” – 2:1
Qollar: Nihat Bəylərli, 4; 37 – Onur Əmirzadə, 66
Baş hakim: İlqar Əhmədov
Köməkçi hakimlər: Zakir Şükürzadə, Təhmin Cəlilbəyli
Dördüncü hakim: Fuad Mirzəyev
Hakim inspektor: Orxan Məmmədov
Oyun meneceri: Fərid Nağdaliyev.
Yekun “dördlük”lər isə belə formalaşıb:
U-14
1. “Qarabağ”
2. “Sabah”
3. “Ulduz”
4. “Neftçi”
U-15
1. “Ulduz”
2. “Neftçi”
3. “Qarabağ”
4. EFA
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, “Sabahın ulduzları”nın baş sponsoru, “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə, BFF prezidenti Tahir Süleymanov, futbol ictimaiyyətinin nümayəndələri, veteran futbolçular iştirak ediblər.



No Comment! Be the first one.