Sabiq "Barselona"lı: "Hər şey qəfil dayandı"
İspaniya təmsilçisi “Barselona” və Fransa millisinin sabiq müdafiəçisi Jeremi Matyo futbolçu karyerasını başa vurduqdan sonrakı dövr barədə danışıb.
Sportify.az xəbər verir ki, 36 yaşında, 2020-ci ildə “Sportinq”də çarpaz bağ zədəsi səbəbindən karyerasını başa vuran Matyo həmin qərarın onun üçün asan olmadığını bildirib.
“Vəziyyət zədədən sonra çətinləşdi. Hər şey qəfil dayandı. Meydan, paltardəyişmə otağı və birlikdə yaşadığımız anlar üçün darıxırdım. Karyeramdan sonrakı həyata hazırlaşmağa vaxtım olmadı. Daha iki il oynayacağımı düşünürdüm və yaranmış vəziyyəti qəbul etmək çətin idi”, – deyə o “So Foot”a bildirib.
Fransız futbolçu qərarından peşman olmadığını da vurğulayıb:
“Peşman olmaq lazım deyil. 36 yaşım var idi və yaxşı karyera keçirmişdim. Əlbəttə, oynamağa davam etmək istəyirdim, amma belə alındı. Həm də ailəmlə daha çox vaxt keçirmək istəyirdim”.



No Comment! Be the first one.