“Sea Breeze 2026″ya yekun vuruldu
Bakıda, “Sea Breeze Resort” ərazisində yerləşən “Havana Beach”də keçirilən çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirinə yekun vurulub.
Sportify.az xəbər verir ki, turnirin finalında Azərbaycanı təmsil edən “Elit” polo klubu İsveçrənin “Sankt Moritz” komandasını 5:3 hesabı ilə məğlub edərək çempion olub.
Qalib komandaya kubok və qızıl medallar təqdim edilib. “Sankt Moritz” gümüş, Böyük Britaniyanın “Red Star” klubu isə bürünc medala layiq görülüb.
Bürünc medal uğrunda qarşılaşmada “Red Star” Rusiyanın “Moskva” komandasına 9:5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirin təşkilatçıları Azərbaycan Atçılıq Federasiyası və “Sea Breeze” olub.



No Comment! Be the first one.