Kurban Berdiyev: Karyeramda belə penalti görməmişəm
Misli Premyer Liqasının V turunda “Turan Tovuz” səfərdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edib.
Sportify.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– İki fərqli hissə gördük. Birinci hissə çox ləng oynayırdıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirdik. Hücum xəttində kim yoruldusa, onu əvəzlədim. Amma müdafiədəki oyunçulardan kiminsə zədələnəcəyini güman etməmişdim. Ümumilikdə iki xal itirdik.
– İki xal itirməyinizdə penalti qərarı nə dərəcədə rol oynadı?
– Penalti nəticəyə təsir etdi. Amma biz 10 nəfərlə oynayırdıq. Çünki müdafiəçimiz zədələnmişdi və əvəzetmə edə bilmirdik. Penaltinin olub-olmamasına gəlincə, mən bunu müzakirə etmirəm. Amma əgər qapıçı ona fürsət verdisə, demək ki, var.
– Penalti epizodunun təkrarına baxmısız? Karyerenızda belə penalti görmüsüz?
– Xeyr, belə hal olmayıb. Uzun vaxt keçib. Baş hakim epizodun təkrarına baxmaq üçün VAR-a gedəndə, ehtimal edirdim ki, qərarını dəyişəcək. Çünki orada ayaqla toxunuş yox idi, bəlkə başa nəsə olmuşdu.
– Keçmiş köməkçinizin komandasına qarşı hazırlaşmaq çətin deyildi?
– Biz rəqibin oynadığı iki sistemi təxmini bilirdik. Hər iki sistemə uyğun məşq edib, hazırlaşırdıq. Gözlənilməz heç nə olmadı.


No Comment! Be the first one.