Seneqal millisində yeni baş məşqçi
Fransalı mütəxəssis Patrik Viyera Seneqal milli komandasının baş məşqçisi təyin olunub.
Sportify.az xəbər verir ki, 50 yaşlı mütəxəssisin təyinatı Seneqal Futbol Federasiyası tərəfindən rəsmən açıqlanıb.
Viyera məşqçilik karyerasında daha əvvəl “Nyu-York Siti”, “Nitsa”, “Kristal Pelas”, “Strasburq” və “Cenoa” klublarında çalışıb. Onun son iş yeri İtaliya təmsilçisi “Cenoa” olub.
Qeyd edək ki, Patrik Viyera futbolçu kimi Fransa millisinin heyətində 1998-ci ildə dünya çempionu olub. O, həmçinin uzun illər İngiltərənin “Arsenal” klubunun formasını geyinib.
Seneqal millisində Viyeranın qarşısında əsas hədəfi komandanı beynəlxalq turnirlərdə uğurlu çıxışa hazırlamaq olacaq.



No Comment! Be the first one.