Şeşko qolundan danışdı: Qapıçının irəli çıxdığını gördüm
İngiltərə “Mançester Yunayted”inin futbolçusu Benyamin Şeşko “Sabah”a 4:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I tur matçından sonra fikirlərini bölüşüb.
Sportify.az-ın məlumatına görə, sloveniyalı hücumçu UEFA-nın rəsmi saytına 45-ci dəqiqədə vurduğu üçüncü qol barədə danışıb.
Şeşko bildirib ki, qapıçının irəli çıxdığını gördükdən sonra topu ondan uzaqlaşdıraraq qol vurmağı asanlaşdırmağa çalışıb: “Beləliklə, qol vurmağı bir qədər asanlaşdırmaq üçün əla imkan yarandı. Təbii ki, qoluma görə çox xoşbəxtəm”.
23 yaşlı forvard qarşılaşmanı “Mançester Yunayted” üçün ideal oyun kimi dəyərləndirib: “Düşünürəm ki, bu, hər kəs üçün mükəmməl idi, xüsusilə də azarkeşlərimiz üçün. Bu qədər qol gördükdə bunun onlar üçün nə qədər böyük əhəmiyyət daşıdığını bilirik. Ümumilikdə, bizim üçün də əla oyun oldu. Bu qələbə qarşıdakı matçlar üçün bizə əlavə motivasiya verəcək”.



No Comment! Be the first one.