“Sevilya” bombardiri transfer etdi
İspaniyanın “Sevilya” klubu İsveç çempionatında çıxış edən “Sirius”un hücumçusu Robbi Yuru transfer edib.
Sportify.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı şotlandiyalı futbolçu ilə 2031-ci ilədək müqavilə imzalanıb.
Robbi Yur İsveç çempionatının cari mövsümündə keçirdiyi 15 oyunda 15 qol vurub. Hücumçu hazırda turnirin bombardirlər yarışına başçılıq edir.



No Comment! Be the first one.