Slavko Vinçiç DÇ-2026-nın ən yaxşı hakimi kimi mükafatlandırılacaq
Sloveniyalı sabiq hakim Slavko Vinçiç Millətlər Liqasının İtaliya – Fransa matçından əvvəl Culio Kampanati adına beynəlxalq mükafata layiq görüləcək.
Sportify.az xəbər verir ki, bu barədə İtaliya Hakimlər Assosiasiyası (AİA) məlumat yayıb.
Mükafatlandırma mərasimi noyabrın 12-də Milanın “San-Siro” stadionunda, qarşılaşmadan əvvəl keçiriləcək.
Xüsusi münsiflər heyətinin qərarı ilə Vinçiç 2026-cı il dünya çempionatının ən yaxşı hakimi seçilib. Mükafatın qalibi hələ iyul ayında açıqlanıb.
Sloveniyalı referi mundialda dörd oyunu idarə edib. Onların arasında İspaniya və Argentina milliləri arasında keçirilən final qarşılaşması da (1:0) olub. Vinçiç dünya çempionatının finalına təyinat alan ilk sloveniyalı hakim kimi tarixə düşüb.
O, daha əvvəl 2022-ci ildə Avropa Liqasının, 2024-cü ildə isə Çempionlar Liqasının final matçını idarə edib.



No Comment! Be the first one.