Sumqayıt” – “Qarabağ” matçının bilet qiymətləri açıqlandı
Misli Premyer Liqasının III turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçının biletləri oyun günü satışa çıxarılacaq.
Sportify.az xəbər verir ki, biletlər 31 avqust saat 16:00-dan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassasında satışda olacaq.
Adi biletlərin qiyməti 5 manat, VIP biletlər isə 10 manata satılacaq.
Avqustun 31-də “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 20:15-də başlanacaq.



No Comment! Be the first one.