Cüdoçumuz İsveçrədə qızıl medal qazandı
Azərbaycanın deflimpiyaçı cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən “Ecole Mont-Olivet Deaf Judo Masters Top 18” turnirində qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, 60 kq çəki dərəcəsindəki Əliyev dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib.
O, ilk görüşündə 2025-ci il Deflimpiya çempionu, braziliyalı Dantes Pedronu 2:0 hesabı ilə məğlub edib.
Əliyev ikinci görüşdə qazaxıstanlı Aktynberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.
Beləliklə, Coşqun Əliyev güclü rəqiblərin yer aldığı mötəbər yarışda qızıl medal qazanaraq “Masters Top 18” turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.
Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.


No Comment! Be the first one.