Gürcü futbolçu “Arsenal”da
İngiltərənin “Arsenal” klubu futbolçu Andria Bartișvilinin transferi ilə bağlı razılığa gəlib.
Sportify.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
17 yaşlı gürcüstanlı yarımmüdafiəçi gələn həftə Londonda tibbi müayinədən keçəcək. Daha sonra onunla 5 illik müqavilə imzalanacaq.
Bartișvili 2027-ci ildə 18 yaşına çatdıqdan sonra “Arsenal”a qoşulacaq. Transferin məbləği 4,5 milyon avro təşkil edəcək.
Hazırda gənc futbolçu Gürcüstanın “İberiya 1999” klubunda icarə əsasında çıxış edir.



No Comment! Be the first one.