Gəncə Stadionu "Kəpəz"in oyununa hazırdır - VİDEO
Yenidən təmir olunmuş Gəncə stadionu rəsmi futbol qarşılaşmalarını qəbul etməyə hazırdır.
Sportify.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hazırladığı video-süjetdə bildirilir.
Avqustun 30-da bu arenada “Kəpəz” “Turan Tovuz”u Misli Premyer Liqasının III tur matçında qəbul edəcək. Saat 18:00-da başlanacaq görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.


No Comment! Be the first one.