"Sumqayıt"ın kapitanı 5 ayadək sıradan çıxdı
“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə əməliyyat olunub.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb.
Yarımmüdafiəçi təxminən 5 ay sonra meydana dönə biləcək.
Qeyd edək ki, Səbuhi Abdullazadə “Sumqayıt”ın Misli Premyer Liqasının I turunda “Neftçi”yə evdə 1:3 hesabı ilə uduzduğu oyunda qırmızı vərəqə alıb. O, meydançanı tərk edərkən şüşəni qırıb və nəticədə zədələnib.



No Comment! Be the first one.