Sven-Yoran Erikssonun vergi borcu 3,5 milyon funta düşdü
2024-cü ildə vəfat edən İngiltərə millisinin və “Mançester Siti”nin sabiq baş məşqçisi Sven-Yoran Erikssonun Böyük Britaniyanın vergi orqanlarına borcu hələ də tam ödənilməyib.
Sportify.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, mütəxəssisin vergi borcu əvvəl 7,25 milyon funt sterlinq təşkil edib. Hazırda bu məbləğ 3,5 milyon funta qədər azalıb. Nəşr bildirir ki, faizlərin bir hissəsi Erikssonun ölümündən sonra hesablanıb.
Mütəxəssisin vəfatından sonra ümumi borc öhdəlikləri 10,25 milyon funt sterlinqə çatıb. Bu səbəbdən ailəsi borcların ödənilməsi üçün ona məxsus əmlakları hərraca çıxarmaq məcburiyyətində qalıb.
Hərraca çıxarılan əmlaklar arasında İsveçdə yerləşən yeddiotaqlı malikanə də olub.


No Comment! Be the first one.