“Səbail” klubunun adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir.
Klubun mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilib.
Komanda yaxın gələcəkdə Qubanı təmsil edəcək. Klub bunu özü üçün böyük qürur və sevinc mənbəyi adlandırıb.
Bildirilib ki, bu dəyişiklik təkcə klubun adının yenilənməsi deyil, həm də region futbolunun inkişafı, yerli istedadların üzə çıxarılması və Qubada futbol ənənələrinin daha da gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır.



No Comment! Be the first one.