"Şəfa"nın oyununda insident: "Kəpəz"in üç azarkeşi aparıldı - VİDEO
Misli Premyer Liqasında IX turun “Şəfa” – “Kəpəz” matçında insident baş verib.
Sportify.az-ın məlumatına görə, oyunun əvvəllərində gəncəli üç azarkeşin tribunadakı davranışı asayiş keşikçilərində narazılıq doğurub.
Nəticədə polislər həmin yeniyetmə fanatları tribunadan aşağı endirərək stadiondan kənarlaşdırıblar.
Qeyd edək ki, “SOCAR Polymer Arena”da keçirilən matçda hazırda hesab bərabərdir – 0:0. Oyunu “Kəpəz”in 200-dək azarkeşi izləyir.
View this post on Instagram



No Comment! Be the first one.