Tahir Gözəl bu banka sədr təyin olundu
“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.
Sportify.az “APA-Economics”ə istinadən xəbər verir ki, Tahir Abdolbari oğlu Gözəl bankın Müşahidə Şurasının yeni sədri seçilib.
Tahir Gözəl bu vəzifədə 2022-ci ildən bankın Müşahidə Şurasına rəhbərlik edən Əhməd Abdolbari oğlu Gözəli əvəz edib.
Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.
Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.
“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43 faiz payla “Anadolu Investment Company” MMC-dir.



No Comment! Be the first one.