“Tottenhem” 99 milyon avroya futbolçu aldı
Braziliyalı futbolçu Savinyo İngiltərənin “Mançester Siti” klubundan “Tottenhem”ə keçib.
Sportnet.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Daha əvvəl KİV Savinyonun “Mançester Siti”dən transferinin təxminən 99 milyon avroya başa gələcəyini və müqavilənin bütün zəruri prosedurlar tamamlandıqdan sonra rəsmiləşdiriləcəyini yazmışdı.
22 yaşlı vinger “Mançester Siti”nin heyətində 84 matç keçirib və 7 qol vurub. Klubun heyətində Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.
Futbolçu müxtəlif yaş kateqoriyalarında Braziliyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 2024-cü ilin martında ilk dəfə ölkənin əsas milli komandasına çağırılıb. Debütü həmin ay İngiltərə ilə matçda baş tutub. Braziliya “Uembli” stadionunda keçirilən görüşdə 1:0 hesabı ilə qalib gəlib.
Savinyo 2024-cü ildə keçirilən Amerika Kubokunda Braziliya millisinin heyətində iştirak edib. O, yığmada 13 oyun keçirib və 1 qol vurub.
Qeyd edək ki, Savinyo “Tottenhem”in yay 7-ci yay transferi olub. Roberto De Zerbinin baş məşqçi olduğu kollektiv daha önce Sandro Tonali, Mateus Fernandes, Jan Paul van Hekke, Marko Senesi, Endryu Robertson ve Martin Dubravka ilə müqavilə imzalayıb. Bu futbolçulardan ötrü ümumilikdə 229,5 milyon funt sterlinq transfer haqqı ödənilib.



No Comment! Be the first one.