"Turan" "Fənərbağça"ya uduzdu
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Turan” voleybol klubu Yunanıstandan sonra təlim-məşq toplanışlarını davam etdirmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb.
Sportify.az xəbər verir ki, Tovuz təmsilçisi burada “Fənərbağça” ilə qarşılaşıb.
Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.



No Comment! Be the first one.