"Turan Tovuz" azarkeşlərindən Berdıyevə istefa tələbi - VİDEO
“Turan Tovuz” azarkeşləri Misli Premyer Liqasının III tur matçında 0:1 hesablı səfər məğlubiyyətini kəskin etirazla qarşılayıblar.
Sportify.az xəbər verir ki, qarşılaşmanın ardından tovuzlu fanatlar baş məşqçi Kurban Berdıyevin ünvanına “İstefa” şüarları səsləndiriblər.
Onlar təşəkkür etməyə gələn komandanın futbolçularını da uğultu ilə qarşılayıblar.
Qeyd edək ki, “Turan Tovuz” yenidən istifadəyə verilmiş Gəncə stadionunda “Turan Tovuz”u məğlubiyyətə uğradıb.



No Comment! Be the first one.