"Turan Tovuz" - "Fənərbağça" matçında insident - VİDEO
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasındakı yoldaşlıq görüşündə insident baş verib.
Sportify.az-ın məlumatına görə, 33-cü dəqiqədə qonaqların futbolçusu Meyson Qrinvud meydan sahiblərindən Roderik Millerin arxasına bilərəkdən təpik vurub.
O, Millerin hərəkətinə belə qarşılıq verib.
Baş hakim Rəvan Həmzəzadə Qrinvudu meydandan qovub, Millerə isə sarı vərəqə göstərib. Buna etiraz edən Mateo Genduzi sarı vərəqə alıb. Genduzi bundan sonra komandanı meydandan çıxmağa çağırıb.
Beləliklə, oyunda bir neçə dəqiqəlik fasilə yaranıb.
Məsləhətləşmələrdən sonra qərara alınıb ki, Qrinvud oynamasın, əvəzində meydana digər komanda yoldaşı çıxsın və “Fənərbağça” oyunu yenə 11 nəfərlə davam etdirsin.
Qeyd edək ki, hazırda hesab bərabərdir – 0:0.



No Comment! Be the first one.