"Turan Tovuz"un qapıçısı millimizlə oyuna çağırıldı - SİYAHI
Tacikistan milli komandasının sentyabr və oktyabr aylarında keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Sportify.az xəbər verir ki, baş məşqçi İqor Angelovski Azərbaycan, Fələstin və Çin yığmalarına qarşı matçlar üçün 28 futbolçuya dəvət göndərib.
Heyətdə 3 qapıçı, 10 müdafiəçi, 10 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.
Tacikistan sentyabrın 23-də Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş “Palms Sports Arena”da saat 20:00-da başlayacaq. Tacikistan daha sonra Çuntsin şəhərində sentyabrın 28-də Fələstin, oktyabrın 6-da isə Çin yığması ilə üz-üzə gələcək.
Tacikistan millisinin heyətində hazırda Azərbaycanda çıxış edən bir futbolçu da var. Bu, “Turan Tovuz”un qapıçısı Oleq Baklovdur. Hücumçu Şervoni Mabatşoyev isə əvvəllər “Kəpəz”in formasını geyinib.
Yığmaya ən çox – 12 futbolçu “İqtiqlol”dan dəvət alıb.
Tacikistan millisinin heyəti:
Qapıçılar: Rustam Yatimov (“Rostov”, Rusiya), Oleq Baklov (“Turan Tovuz”, Azərbaycan), Daler Azizov (“Xosilot”)
Müdafiəçilər: Zoir Curaboyev (“Soqdiana”, Özbəkistan), Rəhmatşo Rəhmatzoda (“Persicap Cepara”, İndoneziya), Axtam Nazarov (“Vaxş”), Vəhdət Xanоnov, Tabrez İslomov, Əlicon Karamətullozoda, Sodiqcon Qurbanov (hamısı “İstiqlol”), Mehrubon Kərimov (“Ravşan”), Musa Kaxorov (“Barkçi”), Abdusamad Məlikmurodov (“Reqar-TadAZ”)
Yarımmüdafiəçilər: Pərvizcon Umarbayev (“Lokomotiv”, Bolqarıstan), Əlişer Cəlilov, Amirbek Curaboyev, Ehsоni Pancşanbe, Əlişer Şukurov, Məhəmmədcоn Rəhimov (hamısı “İstiqlol”), Salohiddin İrqaşev, Furkon Rəhimzoda (hər ikisi “Xosilot”), Nozim Bobocоnov, Əzizbek Xaitov (hər ikisi “Reqar-TadAZ”)
Hücumçular: Şahrom Samiyev, Rustam Soirov, Şervoni Mabatşoyev (hamısı “İstiqlol”), Şeriddin Boboyev (“Xosilot”), Fətxullo Olimzoda (“Ravşan”).
Baş məşqçi: İqor Angelovski (Şimali Makedoniya).




No Comment! Be the first one.