Türkiyə millisinin yeni baş məşqçisi məlum oldu
Türkiyə millisinin baş məşqçi postuna Sergen Yalçının təyin olunacağı gözlənilir.
Sportify.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun iddiasına görə, tərəflər 2030-cu il dünya çempionatına qədər qüvvədə olacaq müqavilənin imzalanmasına yaxındırlar.
Yalçının son iş yeri “Beşiktaş” olub. O, mayda İstanbul təmsilçisindən ayrılıb. 53 yaşlı mütəxəssis komanda ilə Türkiyə çempionluğu və ölkə kubokunu hərəyə bir dəfə qazanıb.
Məşqçilik karyerası ərzində Yalçın “Antalyaspor”, “Malatyaspor”, “Alanyaspor”, “Konyaspor”, “Eskişehirspor”, “Kayserispor”, “Gaziantepspor” və “Sivasspor” klublarını da çalışdırıb.
Qeyd edək ki, Nikolo Skira daha əvvəl Türkiyə millisinin baş məşqçisi postuna Arda Turanın gətiriləcəyini yazsa da, sonradan həmin paylaşımını silib.
Türkiyə millisinin əvvəlki baş məşqçisi Vinçentso Montella uğursuz nəticələrə görə istefaya göndərilib.



No Comment! Be the first one.