U-19 əsas mərhələdən başlayacaq
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizəyə əsas mərhələdən başlayacaq.
Sportify.az xəbər verir ki, Avropa çempionatının final mərhələsində təşkilatçı ölkə Qazaxıstan da daxil olmaqla 38 komanda iştirak edəcək. Reytinqdə ən aşağı pillələrdə qərarlaşan 12 yığma ilkin mərhələdə mübarizə aparacaq. Komandalar hərəsində 4 iştirakçı olmaqla 3 qrupa bölünəcək. Yanvarın 19-dan 24-dək keçiriləcək oyunların yekununda yalnız qrup qalibləri əsas mərhələyə vəsiqə qazanacaqlar. Onlar əsas mərhələdə mübarizəyə qoşulacaq digər 25 komandaya əlavə olunacaqlar.
Hazırda reytinq cədvəlində 24-cü pillədə qərarlaşan Azərbaycan U-19 millisi əsas mərhələdə yer alacaq. Bu mərhələnin görüşləri martın 30-dan aprelin 4-dək keçiriləcək. 28 komanda hərəsində 4 milli olmaqla 7 qrupa bölünəcək. Qrup oyunları mini-turnir formatında bir ölkədə təşkil olunacaq və yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar.
Mini-turnirlərə ev sahibliyi edəcək ölkələr artıq müəyyənləşib. Bunlar Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova və Rumıniyadır.
Püşkatmada Azərbaycan millisi qrupun 4-cü komandası olacaq. Bu səbəbdən yığmamız mini-turnirə ev sahibliyi edəcək Moldova və Rumıniya komandaları ilə eyni qrupa düşməyəcək.
Final mərhələsi sentyabrın 26-dan oktyabrın 3-dək Qazaxıstanın paytaxtı Astanada yerləşən “Jekpe-Jek Hall”da keçiriləcək. Əsas mərhələnin 7 qrup qalibi final mərhələsində ev sahibi Qazaxıstanın U-19 millisinə qoşulacaq.
Final mərhələsinin püşkü öncəsi komandalar səbətlər üzrə belə bölünüb:
1-ci səbət – ev sahibləri və qrup qalibləri:
-
Portuqaliya
-
Sloveniya
-
İtaliya
-
Xorvatiya
-
Türkiyə
-
Moldova
-
Rumıniya
2-ci səbət – qrup qalibləri:
-
İspaniya
-
Ukrayna
-
Fransa
-
Çexiya
3-cü səbət – qrup ikinciləri:
-
Macarıstan
-
Polşa
-
Belçika
-
Serbiya
-
Bosniya və Herseqovina
4-cü səbət – qrup üçüncüləri:
-
Finlandiya
-
Latviya
-
Belarus
-
Yunanıstan
-
Niderland
-
Slovakiya
-
İngiltərə
5-ci səbət – qrup dördüncüləri:
-
Azərbaycan
-
Monteneqro
-
İlkin mərhələnin A qrupunun qalibi
-
İlkin mərhələnin B qrupunun qalibi
-
İlkin mərhələnin C qrupunun qalibi



No Comment! Be the first one.