“Araz-Naxçıvan”ın Çempionlar Liqasındakı oyununa hakim təyinatları açıqlandı
UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən “Araz-Naxçıvan”ın növbəti matçının hakimləri müəyyənləşib.
Sportify.az xəbər verir ki, təmsilçimiz oktyabrın 28-də Bosniya və Herseqovina klubu “Buba Mara” ilə qarşılaşacaq.
V qrupunun oyunu Polşanın Qlivitse şəhərindəki “Prezero Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Buba Mara (Bosniya və Herseqovina) – Araz-Naxçıvan
UEFA Çempionlar Liqası. Əsas mərhələ. V qrup
28 oktyabr. Qlivice. “Prezero Arena”. Saat 17:30
Hakimlər: İqor Yaçevic (Latvia), Viktor Chaix (Fransa), Daniele Dadamo (San Marino)
Timekeeper: Dominik Lorke (Polşa)
Hakim-inspektor: Sven Eichler (Almaniya)
UEFA nümayəndəsi: Marina Kirilyuk (Ukrayna)



No Comment! Be the first one.