“Araz-Naxçıvan” bu gün Çempionlar Liqasında mübarizəyə başlayır
Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununa çıxacaq.
Sportify.az xəbər verir ki, təmsilçimiz əsas mərhələnin ilk turunda Macarıstan çempionu “Uypest”lə qarşılaşacaq.
Qlivitse şəhərindəki “Prezero Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Matçı Viktor Chaix (Fransa), Sergey Saçmans və İqor Yaçevic (Latviya) idarə edəcəklər.
Dominik Lorke (Polşa) timekeeper, Sven Eichler (Almaniya) hakim-inspektor, Marina Kirilyuk (Ukrayna) isə UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” əsas mərhələdə növbəti oyununu oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara” klubuna qarşı keçirəcək.



No Comment! Be the first one.