UEFA AFFA-nın əməkdaşına vəzifə verdi
UEFA AFFA-nın əməkdaşı Sabir İsmayılovu Stadion İnspektoru vəzifəsinə təyin edib.
Milli assosiasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, bu vəzifədə İsmayılov Avropa klub yarışlarının oyunlarından əvvəl stadionların UEFA-nın müəyyən etdiyi tələblərə uyğunluğunu yoxlayacaq.
Yoxlamalar zamanı stadionların fiziki-texniki vəziyyəti, sağlamlıq və təhlükəsizlik sistemləri, həmçinin oyunların təhlükəsiz və fasiləsiz keçirilməsi üçün zəruri infrastruktur və təşkilati tədbirlər qiymətləndiriləcək.



No Comment! Be the first one.