UEFA Super Kuboku: Bu gün qalib müəyyənləşəcək
Bu gün UEFA Super Kuboku uğrunda görüş keçiriləcək.
Sportify.az xəbər verir ki, Çempionlar Liqasının qalibi Fransa PSJ-si ilə Avropa Liqasının qalibi İngiltərə “Aston Villa”sı üz-üzə gələcək.
Avstriyanın Zaltsburq şəhərindəki eyniadlı stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
PSJ ötən mövsüm Çempionlar Liqasının finalında İngiltərə “Tottenhem”ini penaltilər seriyasında məğlub edərək tarixində ilk dəfə turnirin qalibi olub. Paris klubu bu dəfə UEFA Super Kubokunu ardıcıl ikinci dəfə qazanmaq və müasir dövrdə bunu bacaran ikinci komanda olmaq istəyir. İspaniya “Real Madrid”i 2016 və 2017-ci illərdə bu uğura imza atıb.
“Aston Villa” isə ötən mövsüm Avropa Liqasının finalında “Frayburq”u məğlub edərək kuboka sahib çıxıb. İngiltərə təmsilçisi UEFA Super Kubokunu tarixində yalnız bir dəfə – 1982/83 mövsümündə “Barselona”ya qarşı iki oyunun nəticəsinə əsasən qazanıb.
PSJ və “Aston Villa” sonuncu dəfə 2024/25 mövsümündə Çempionlar Liqasının 1/4 finalında qarşılaşıb. Paris klubu dramatik mübarizədə ümumi hesabda 5:4 qalib gəlib.
Həmin dueldə PSJ ilk oyundan sonra 5:1 üstünlük əldə etsə də, “Aston Villa” cavab qarşılaşmasında ciddi müqavimət göstərib. Bu dəfə komandalar Zalsburqda yenidən qarşılaşacaq.
Qeyd edək ki, əsas vaxt başa çatdıqdan sonra hesab bərabər olarsa, əlavə vaxt oynanılmayacaq. Qalib birbaşa penaltilər seriyasında müəyyənləşəcək.



No Comment! Be the first one.