UFC-də yeni rekord
ABŞ-ın Solt-Leyk-Siti şəhərində keçirilən UFC 332 turnirində yeni rekord qeydə alınıb.
Sportify.az xəbər verir ki, gecənin 11 döyüşü nokautla başa çatıb. Bununla da bir UFC turnirində ən çox nokautla qələbə rekordu yenilənib.
Bundan əvvəlki rekord 2025-ci ilin sentyabrında Parisdə keçirilən UFC Fight Night 258 turnirinə məxsus idi. Həmin yarışda 9 döyüş nokautla yekunlaşıb.
Qeyd edək ki, UFC 332-də iki rusiyalı döyüşçü də qələbə qazanıb. Roman Kopylov Ateba Qotye üzərində nokautla qalib gəlib. Andrey Pulyayev isə Damian Pinası nokautla məğlub edib.



No Comment! Be the first one.