“Neftçi”nin legioneri millidə növbəti matçına çıxdı
“Neftçi”nin futbolçusu Denzel Jubitananın formasını geyindiyi Surinam millisi KONKAKAF Millətlər Liqasının A divizionunda növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, B qrupunda mübarizə aparan Surinam yığması Qvatemala ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Denzel Jubitan matça start heyətində başlayıb və 66-cı dəqiqədə əvəzlənib.
Surinam millisi 3 turdan sonra 7 xalla qrup lideridir. Komanda ilə eyni qrupda Yamayka, Qvatemala, Honduras, Martinika və El Salvador yer alır.



No Comment! Be the first one.