Ulaş Turğut “Neftçi”də
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Neftçi” basketbol komandası heyətini daha bir oyunçu ilə gücləndirib.
Klubdan Sportify.az-a verilən məlumata görə, komanda Azərbaycan millisinin üzvü Ulaş Can Turğut ilə anlaşıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
23 yaşlı hücumçu karyerası ərzində qazandığı uğurları ilə diqqət çəkib. Basketbolçu 2024-cü ildə məhz “Neftçi”nin heyətində Azərbaycan Kubokunun qalibi olub. Ulaş Turğut sonuncu mövsüm “Gəncə”də çıxış edib.



No Comment! Be the first one.