Dünya çempionatı: Gimnastımız 43-cü oldu
Azərbaycan bədii gimnastı Fidan Qurbanlı Almaniyanın Frankfurt şəhərində keçirilən 42-ci Dünya çempionatında çıxış edib.
Sportify.az xəbər verir ki, Qurbanlı halqa, top, gürzlər və lentlə çıxış edərək çoxnövçülük üzrə ümumilikdə 75.350 xal toplayıb.
O, fərdi proqram üzrə yekun sıralamada 43-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Dünya Gimnastikasının təqvimində yer alan mötəbər yarışa müxtəlif ölkələrdən 300-dək idmançı qatılıb. “Festhalle” arenasındakı mundiala avqustun 16-da yekun vurulacaq.


No Comment! Be the first one.