Ulduz Cup: "Qarabağ" uddu, "Sabah" və "Neftçi" uduzdu
Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 11 yaşadək futbolçular arasında III “Ulduz Cup” beynəlxalq turniri start götürüb.
Sportnet.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən açılış mərasimi iştirakçı komandaların paradı ilə başlayıb.
Dövlət Himni səsləndirildikdən sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi Aynur Yahyayeva çıxış ediblər. Tədbirin bədii hissəsi cüdo, taekvondo və gimnastika üzrə nümunəvi çıxışlarla davam edib.
Turnirin ilk günündə “Ulduz” FA “Bunyodkor”u (Özbəkistan) 3:0 hesabı ilə üstələyib. “Qarabağ” isə “Altın Taç” FK-nı (Türkmənistan) 4:1 hesabı ilə məğlub edib. “Zirə” FK “Drukarz” KS (Polşa) ilə 1:1 hesablı heç-heçə edib. “Sabah” “Paxtakor”a (Özbəkistan) 0:2 hesabı ilə uduzub. “Neftçi” – “Dinamo Tbilisi” (Gürcüstan) qarşılaşması 0:4 hesabı ilə başa çatıb. “Sduşorsi” (Qırğızıstan) “Kayrat” (Qazaxıstan) komandasına 0:4 hesabı ilə məğlub olub.
Avqustun 27-dək davam edəcək turnirdə 7 ölkədən 12 komanda 3 qrupda mübarizə aparır.



No Comment! Be the first one.