Velko Simiç: Biz onu heç yerə buraxmayacağıq - MÜSAHİBƏ
“Sabah”ın futbolçusu Velko Simiç evdə Çexiya təmsilçisi “Slaviya Praqa”ya 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçından sonra brifinq keçirib.
Sportify.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb:
– Oyun haqqında fikirləriniz necədir: Özünüzü necə hiss edirsiniz?
– Möhtəşəm! Çempionlar Liqasında qələbə qazandıq və üç xal əldə etdik. Düşünürəm ki, hamımız özümüzü çox yaxşı hiss edirik. Yaxşı komandaya qarşı çox çətin və fiziki mübarizənin yüksək olduğu oyun keçirdik. Amma düşünürəm ki, rəqibin fiziki oyununa yaxşı cavab verdik, topla yaxşı anlarımız oldu və sonda qələbə qazandıq.
– “Sabah”ın Çempionlar Liqasındakı şanslarını necə qiymətləndirirsiniz?
– Görəcəyik. Hər oyuna ayrı-ayrılıqda yanaşırıq. Artıq iki oyun keçirmişik və bir qələbəmiz var. Düşünürəm ki, başlanğıc üçün bu, çox yaxşı nəticədir. Addım-addım irəliləyəcəyik.

– Bakı Olimpiya Stadionunda oynamaq necə hissdir?
– Bəli, burada oynamaq çox xoşdur. Bu stadionda meydana çıxmaq möhtəşəm hissdir. Azarkeşlərimizin dəstəyi yaxşıdır və “Borussiya Dortmund”la növbəti oyunda daha böyük dəstək gözləyirik.
– Abdulax Xaybulayevin Avropa mümkün transferi ilə bağlı nə düşünürsünüz?
– Biz Xaybulayevi heç yerə buraxmayacağıq! Amma bu, mənim cavablandıracağım sual deyil. Bu barədə qərarı klub verməlidir. İnanıram ki, o, komandada qalacaq. Mən də onun qalmasını istəyirəm.
Bahar RÜSTƏM



No Comment! Be the first one.