“Verder Bremen”də xoşagəlməz hadisə
“Verder Bremen” futbolçusunun avtomobilinin təkərləri oğurlandı
Almaniyanın “Verder Bremen” komandasının müdafiəçisi Kərim Kulibali xoşagəlməz hadisə ilə üzləşib.
Sportify.az xəbər verir ki, 19 yaşlı futbolçu cümə günü səhər məşqə getmək üçün avtomobilinə yaxınlaşıb. Lakin avtomobilin dörd təkərinin də oğurlandığını görüb.
Kulibali təkərləri olmayan avtomobilinin fotosunu paylaşaraq, “Sadəcə məşqə getmək istəyirdim” sözlərini yazıb.
Gənc müdafiəçi komanda yoldaşı Səlim Musanın köməyi ilə məşqə vaxtında çatmağı bacarıb.


No Comment! Be the first one.