Vinisius Junior 21 dəqiqəyə het-trik etdi
Braziliya millisinin futbolçusu Vinisius Junior Sinqapur yığması ilə yoldaşlıq oyununda het-trik edib.
Sportify.az xəbər verir ki, Sinqapur Milli Stadionunda keçirilən qarşılaşmada İspaniya “Real Madrid”inin hücumçusu 9, 15 və 21-ci dəqiqələrdə fərqlənib.
26 yaşlı forvard bununla Braziliya millisində keçirdiyi 59-cu oyunda qollarının sayını 19-a çatdırıb. O, yığmanın heyətində debütünü 2019-cu ildə edib.
Qeyd edək ki, Braziliya əvvəlki yoxlama oyununda Yaponiyaya 2:3 hesabı ilə uduzub. Həmin görüşdə də Vinisius Junior dubl müəllifi olub.


No Comment! Be the first one.