Vitse-prezident federasiyadan bir il əvvəl getdi, indi açıqladı
Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) vitse-prezidenti Rauf Əliyev vəzifəsindən ayrılıb.
Sportify.az xəbər verir ki, Əliyev bu barədə özünün “LinkedIn” hesabında məlumat verib.
O, “Nobel Energy Group”un törəmə şirkəti olan “Glensol”da SƏTƏM üzrə məsul vəzifəyə təyin olunduğunu bildirib.
Əliyev paylaşımında AKOF-da 2024-cü ilin mayından 2026-cı ilin avqustunadək çalışdığını qeyd edib. Lakin Sportify.az-ın araşdırmasına görə, funksioner federasiyanın vitse-prezidenti vəzifəsini faktiki olaraq 2025-ci ilin sonlarında tərk edib.

Rauf Əliyev
Bu, Əliyevin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin müşaviri vəzifəsindən ayrılmasından sonra baş verib. Quliyev AKOF-un prezidenti seçildikdən sonra həmin dövrdə onun müşaviri olan Əliyev də federasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilib.

Anar Quliyev
Əliyev müşavir vəzifəsindən ayrıldıqdan sonra AKOF-un vitse-prezidenti postundan da faktiki uzaqlaşıb. Bundan sonra o, federasiyanın heç bir yarışında və tədbirində iştirak etməyib.



No Comment! Be the first one.