Məşhur futbolçu millidən getdi
Kolumbiyanın “Atletiko Nasyonal” klubunun yeni transferi Xames Rodriges milli komandadakı karyerasını başa vurub.
Sportify.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Vaxt gəldi. Birlikdə keçirdiyimiz hər oyun, hər sevinc, göz yaşı və arzu üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq həyatımın ən böyük şərəflərindən biri olub. Təşəkkürlər, Kolumbiya. Əbədi”, – deyə Rodriges yazıb.
Qeyd edək ki, Xames Rodriges Kolumbiya millisində 131 oyun keçirib və 31 qol vurub. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında 6 qolla bombardir olub.
Rodrigesin milli komandadakı son yarışı 2026-cı il dünya çempionatı olub. Kolumbiya 1/8 finalda İsveçrəyə penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.



No Comment! Be the first one.