“Xankəndi”dən baş məşqçi ilə bağlı yayılan məlumatlara münasibət
“Xankəndi” bəzi media resurslarında klubun baş məşqçisi Zaur Hacıyevlə yolların ayrılması, həmçinin Röyal Nəcəfov və Kamal Quliyevin komandanın baş məşqçisi postuna namizəd olması barədə yayılan məlumatlara münasibət bildirib.
Klubdan Sportify.az-a bildirilib ki, sözügedən məlumatlar təsdiqlənməyib və hazırda həqiqəti əks etdirmir.
Qeyd olunub ki, Röyal Nəcəfov və Kamal Quliyevin baş məşqçi postuna namizədliyi ilə bağlı klub rəhbərliyi tərəfindən hər hansı rəsmi qərar qəbul edilməyib.
Qarabağ təmsilçisindən bildirilib ki, bu barədə yayılan məlumatlar klubun mövqeyi və rəsmi açıqlaması olmadan səsləndirilən iddialardır.
Klubun açıqlamasında qeyd olunub ki, “Xankəndi” adından yalnız rəsmi kommunikasiya kanallarında yayımlanan məlumatlar mötəbər hesab olunur.
“Baş məşqçi ilə bağlı hər hansı qərar qəbul edildiyi təqdirdə, bu barədə rəsmi açıqlama yalnız “Xankəndi” tərəfindən veriləcək”, – deyə klubdan bildirilib.
Klub media nümayəndələrindən təsdiqlənməmiş məlumatların “Xankəndi” mövqeyi kimi təqdim edilməməsini və gələcək xəbərlərdə yalnız rəsmi mənbələrə istinad olunmasını xahiş edib.


No Comment! Be the first one.