Xudiyev Millətlər Liqası oyununa təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Millətlər Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.
Sportify.az xəbər verir ki, o, noyabrın 15-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Belarus – Albaniya qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşma Budapeşt şəhərində yerləşən “İllovski Rudolf” stadionunda keçiriləcək.



No Comment! Be the first one.