Futzal üzrə Yüksək Liqada yeni mövsüm iki mərhələdən ibarət olacaq.
Sportify.az-ın məlumatına görə, bu barədə yarışın təqdimat mərasimində AFFA-nın Futzal Departamentinin rəhbəri Fərid Babayev açıqlama verib.
Onun sözlərinə görə, iki dövrəlik mübarizə yekunlaşdıqdan sonra ikinci mərhələdə iki qrup formalaşdırılacaq.
İlk 6 yeri tutanlar Çempionluq qrupunda, 7 – 10-cu yerlərin sahibləri isə Prestij qrupunda mübarizə aparacaqlar.
I Liqada isə çempionat 11 komandanın iştirakı ilə 2 dövrəli sistem üzrə keçiriləcək və ümumilikdə 22 turdan ibarət olacaq. Hər komanda rəqibləri ilə 2 dəfə qarşılaşaraq 20 oyun keçirəcək.
Yüksək Liqada 87, I Liqada 110 oyun keçiriləcək.


No Comment! Be the first one.