Yuri Vernidubun nəvəsi”Sabah”da qol vurdu
“Sabahın Ulduzları” Bakı Kubokunun U-14 yaş qrupunda 4-cü tura start verilib.
Sportify.az-ın məlumatına görə, turun ilk 3 oyunundan 2-si məhsuldar alınıb.
“Sabah”ın “Zirə”ni 6:0 hesabı ilə darmadağın etdiyi görüşdə ilk qolu “Neftçi”nin baş məşqçisi Yuri Vernidubun nəvəsi İqor Vernidub vurub.
U-14, IV tur
15 avqust
“Sabah” – “Zirə” – 6:0
Qollar: İvan Vernidub, 14. Rəsul Əliyev, 34; 58. Hüseyn Əlisgəndərov, 41. Cavid Tayibov, 64. Nihad Manafov, 67
“Qarabağ” – “Neftçi” – 4:2
Qollar: Ayxan Babazadə, 46). Ceyms Eziaşi, 56; 73. David Pavlov, 75, pen. – Adil Şabanov, 80 (pen); 80+2
“Dostluq” – “Xan” – 0:1
Qol: Ayxan Şirinzadə, 31
Avqustun 16-da keçiriləcək oyunların təqvimi:
U-14, IV tur
16 avqust
EFA – “Vətən”
“Qəbələ” – “Sumqayıt”
“Ulduz” – “Azərbaycan Qartalları”




No Comment! Be the first one.