Zaretska A Seriyasının qalibi oldu
Azərbaycan karateçisi İrina Zaretska növbəti nailiyyətə imza atıb.
Sportify.az xəbər verir ki, 68 kq çəki dəcərəsində yer alan idmançı Avstriyanın Zalsburq şəhərində keçirilmiş Karate 1 – A Seriyasında qızıl medal qazanıb.
O, keçirdiyi 6 görüşün hamısından qələbə ilə ayrılıb.
Qeyd edək ki, turnirdə Azərbaycanı ümumilikdə 11 karateçi təmsil edib. İrina Zaretska istisna olmaqla, 6 kişi və 4 qadın idmançının hamısı erkən mərhələlərdə uduzublar.


No Comment! Be the first one.