Dünya çempionatı: Cüdoçularımız üçün uğursuz gün - YENİLƏNDİ
Bakıda keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb.
Sportify.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda təşkilatçı ölkəni qadınların 52 kq çəki dərəcəsində Gültac Məmmədəliyeva təmsil edib.
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Məmmədəliyeva israilli və avstraliyalı rəqiblərini yensə də, 1/4 finalda italiyalı, təsəlliverici görüşdə isə monqolustanlı rəqibinə uduzaraq, mundialı 7-ci pillədə başa vurub.
Kişilərin 66 kq çəki dərəcəsində isə 3 cüdoçu mübarizə aparıb. 1/32 finalda mübarizəyə başlayan Turan Bayramov elə ilk görüşdəcə finlandiyalı rəqibinə uduzub, Nizami İmranov isə gürcüstanlı rəqibini yendikdən sonra 1/16 finalda Rusiya təmsilçisinə uduzub.
Ruslan Paşayevdə isə 1/16 finala təsadüf edən ilk qarşılaşmasında türkmənistanlı rəqibini udmasına baxmayaraq, növbəti görüşündə İtaliya təmsilçisinə uduzaraq, çıxışlarını başa vurub.
Dünya çempionatı
5 oktyabr
66 kq
1/32 final
Turan Bayramov – Luukas Saha (Finlandiya)
Nizami İmranov – Vaja Marqvelaşvili (Gürcüstan)
1/16 final
Nizami İmranov – Ramazan Abdulayev (Rusiya)
Ruslan Paşayev – Serdar Rahimov (Türkmənistan)
1/8 final
Ruslan Paşayev – Valerio Akkoqli (İtaliya)
52 kq
1/16 final
Gültac Məmmədəliyeva – Gefen Primo (İsrail)
1/8 final
Gültac Məmmədəliyeva – Tinko İston (Avstraliya)
1/4 final
Gültac Məmmədəliyeva – Odette Giuffruda (İtaliya)
Təsəlliverici görüş
Gültac Məmmədəliyeva – Uranzaya Bayanmux (Monqolustan)

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) karyerasında ilk dəfə dünya çempionu olub.



No Comment! Be the first one.