“Qalatasaray” son 60 ilin ən zəif çıxışını etdi
“Qalatasaray” Türkiyə Superliqasında mövsümün ilk 6 turunda müdafiə baxımından son 60 ilin ən uğursuz göstəricisini qeydə alıb.
Sportify.az xəbər verir ki, “Ajansspor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 6-cı turda səfərdə “Trabzonspor”a 0:4 hesabı ilə məğlub olduqdan sonra buraxdığı qolların sayını 10-a çatdırıb.
“Qalatasaray” sonuncu dəfə 1966/67 mövsümünün ilk 6 oyununda daha çox qol buraxıb. Həmin vaxt komandanın qapısından 11 top keçib.
Cari mövsümdə “Qalatasaray” 6 liqa matçından yalnız 2-də qapısını toxunulmaz saxlaya bilib. Bunlar “Erzurumspor” və “Kocaelispor”la qarşılaşmalar olub.
İstanbul klubunun qapısına 6 tur ərzində 19 dəqiq zərbə endirilib. Bu göstərici hər oyuna orta hesabla 3,2 zərbə deməkdir.
Əsas qapıçı Uğurcan Çakır 5 matçda 8 qol buraxıb. Onun oyun başına buraxdığı qol sayı 1,6-dır. Cankat Yılmaz isə iştirak etdiyi yeganə liqa görüşündə “Göztəpə”dən 2 top buraxıb.
Baş məşqçi Okan Buruk ilk 6 turda müdafiənin start xəttində 6 fərqli futbolçunun xidmətindən yararlanıb. İsmail Yakobs, Abdülkerim Bardakçı, Davinson Sançes və Roland Sallai 4 oyunda müdafiə xəttini təşkil edib. Digər qarşılaşmalarda isə Mario Lemina və Eren Elmalı müdafiədə meydana çıxıb.
Qeyd olunan göstərici Okan Burukun “Qalatasaray”dakı 5 mövsümü ərzində ilk 6 tur üçün ən zəif nəticədir. Komanda onun rəhbərliyi altında 2022/23 mövsümünün ilk 6 turunda 4, 2023/24-də 3, 2024/25-də 5, 2025/26-da isə cəmi 2 qol buraxmışdı. Bu mövsüm isə rəqəmlər 10-a yüksəlib.



No Comment! Be the first one.