IV MDB Oyunları bu ölkədə keçiriləcək
IV MDB Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşdi.
Sportify.az xəbər verir ki, növbəti MDB Oyunlarına 2027-ci ildə Qırğızıstan ev sahibliyi edəcək.
Bu barədə qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının iclasında qəbul olunub. Toplantıda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Türkmənistanın, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Müzakirələrin yekununda IV MDB Oyunlarının 2027-ci ildə Qırğızıstanda keçirilməsi təsdiqlənib.
Bundan əlavə, Bişkekin 2027-ci il üçün “Birliyin İdman Paytaxtı” fəxri adına namizədliyinin irəli sürülməsi təşəbbüsü yekdilliklə dəstəklənib.
Qeyd edək ki, Qırğızıstan gələn il MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasına sədrlik edəcək. III MDB Oyunları isə Azərbaycanda keçirilib.



No Comment! Be the first one.