“Kəpəz” iki oyun keçirdi, qalib gələ bilmədi
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Kəpəz” klubu bu gün iki yoxlama matçı keçirib.
Sportify.az xəbər verir ki, Gəncə təmsilçisi ilk olaraq Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.
Baş məşqçi Azər Məmmədov bu görüşdə əsasən gənc futbolçulara şans verib. Maraqlı mübarizə şəraitində keçən matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Kəpəz”in qollarını Turqut Mustafazadə və Şakir Seyidov vurublar.
Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçirilən ikinci qarşılaşmada “Kəpəz” I Liqa təmsilçisi “Gəncəbasar”la üz-üzə gəlib. “Sarı-göylər” Namik Ələskərovun uzaq məsafədən vurduğu qolla hesabı açsa da, rəqib ikinci hissədə bərabərlik qolunu vurub.
Beləliklə, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Yoxlama oyunları
“Kəpəz” – Azərbaycan U-19 millisi – 2:2
Qollar: Turqut Mustafazadə, Şakir Seyidov
“Kəpəz” – “Gəncəbasar” – 1:1
Qol: Namik Ələskərov



No Comment! Be the first one.