“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi – VİDEO
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə hazırlığını davam etdirən “Neftçi” yoxlama matçı keçirib.
Sportify.az xəbər verir ki, “ağ-qaralar” “Palms Sports” Futbol Mərkəzində “Araz-Naxçıvan”la qarşılaşıb.
Görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesab 20-ci dəqiqədə açılıb. Adeleke Akinyeminin ötürməsindən sonra Alen Şkribek fərqlənib. Görüşün 89-cu dəqiqəsində isə Draqolyub Saviçin ötürməsini Andrey Ştoqrin qola çevirərək yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasının VII turunda “Sabah”la qarşılaşacaq. Oktyabrın 9-da “Palms Sports Arena”da keçiriləcək matç saat 19:30-da başlayacaq.



No Comment! Be the first one.