"Sabah"ın futbolçusu millimizdə zədələndi - FOTO
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik baş verib.
Sportify.az xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan yığmanın “Sabah” klubunda çıxış edən müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən düşərgəni tərk edib.
Qeyd edək ki, U-20 millisi toplanış çərçivəsində oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya yığması ilə yoldaşlıq oyunları keçirəcək.




No Comment! Be the first one.