Bakıdakı yeniliklər Ferstappen üçün düşərli oldu
“Formula-1” üzrə dünya çempionatında “Red Bull” pilotu Maks Ferstappen mövsümdə ilk qələbəsini qazanıb.
Sportify.az xəbər verir ki, niderlandlı pilot bunu Bəhreyn Qran-prisində gerçəkləşdirib.
Yarışda ikinci yeri “Mercedes”in pilotu Andrea Kimi Antonelli, üçüncü yeri isə “Ferrari”dən Lyuis Hemilton tutub.
Maks Ferstappenin atası, sabiq “Formula-1” pilotu Yoş Ferstappen oğlunun qələbəsini şərh edib.
“Bu il yaşanan bütün çətinliklərdən sonra bu, sadəcə möhtəşəmdir! Bu, bütün komanda üçün, bazada saatlarla çalışan və hər gün özündə mübarizə ruhunu qoruyan hər kəs üçün çox gözəldir. Bu qələbə ciddi irəliləyişə təkan verəcək. Komandaya böyük hörmət düşür – onlar boliddə problemlərə məhz nəyin səbəb olduğunu başa düşdülər. “Red Bull”un ötən həftə Bakıda gətirdiyi yeniliklərdən sonra hər şey yenidən qaydasına düşdü”.
Atasının sözlərinə görə, bir neçə ay əvvəl Maks Ferstappenlə bağlı hər şeyin belə nəticələnəcəyini heç gözləməyib: “Red Bull” nə isə aşkar etdi və birdən-birə çox şey yenidən işləməyə başladı. Bu, Formula 1 növünün gözəl tərəflərindən biridir. Doğru insanlarla bütün vəziyyəti dəyişmək mümkündür. İlin əvvəlində onlar bir saniyə geridə idilər! Düşünürəm ki, ilin sonuna qədər Maks daha bir neçə qələbə uğrunda mübarizə apara biləcək”.



No Comment! Be the first one.